Bank Of Baku

Rus ordusunda buddist lamalar olacaq

Rus ordusunda buddist lamalar olacaq
# 24 avqust 2009 11:54 (UTC +04:00)
Bakı – APA. 2009-cu il ərzində Rusiya ordusunda buddist kahinləri peyda olacaq. APA-nın “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə Rusiya buddistlərinin nümayəndəsi Damba Ayuşeyev prezident Dmitri Medvedevlə görüşündən sonra açıqlama verib.
Onun sözlərinə görə, hərbi hissələrdə buddist hərbçilərin sayı 10%-i keçərsə, həmin hissələrə buddist lamalar göndəriləcək. Din xadimlərinin bölüşdürülməsi ilə Müdafiə Nazirliyinə təhkim olunmuş lama məşğul olacaq.
Qeyd edək ki, Rusiya ordusunda rəsmən din xadimi vəzifəsi olmasa da, Rus pravoslav kilsəsinin nümayəndələri hərbi qulluqçulara ilkin dini biliklər verirlər. 2005-ci ildə Rusiya Müdafiə Nazirliyi eksperiment keçirərək, xristianlıq, islam, iudaizm və buddizm təmsilçilərini hərbi qulluqçularla işləməyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR