Bank Of Baku

Gürcüstanın sabiq iqtisadi inkişaf naziri diplomatik vəzifədən imtina edib

Gürcüstanın sabiq iqtisadi inkişaf naziri diplomatik vəzifədən imtina edib
# 24 avqust 2009 16:53 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın sabiq iqtisadi inkişaf naziri Laşa Jvaniya yenidən diplomatik fəaliyyətə dönmək fikrində deyil. APA-nın məlumatına görə, bunu eks-nazir «İnterpressNyus» agentliyinə verdiyi açıqlamada bildirib.

L.Jvaniyanın sözlərinə görə, dövlət tərəfindən ona Gürcüstanın Hindistandakı səfiri postunu tutmaq təklif olunub, lakin sabiq nazir bu təklifi qəbul etməyib. «Avqustun 21-də, brifinqimdən 20 dəqiqə əvvəl mənimlə Qriqol Vaşadze danışıb və o, mənə Hindistandakı səfir vəzifəsini təklif edib, lakin mən imtina etdim. Mən diplomatiyaya qayıtmaq fikrində deyiləm», - deyə L.Jvaniya vurğulayıb.

Bununla yanaşı, eks-nazir Gürcüstanın İspaniyadakı səfiri Zurab Pololikaşvilinin iqtisadi inkişaf naziri vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlardan xəbərsiz olduğunu bildirib. Lakin L.Jvaniya Z.Pololikaşvilini şəxsən tanıdığını və onu müsbət xarakterizə etdiyini də vurğulayıb.

Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri L.Jvaniya avqustun 21-də baş nazirin göstərişi ilə tutduğu vəzifədən azad olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR