Bank Of Baku

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə qatılmayacaq

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərinə qatılmayacaq
# 25 avqust 2009 12:27 (UTC +04:00)
Bakı – APA. Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qatılmayacaq. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, avqustun 26-dan start götürəcək təlimlər Rusiya, Belarus və Qazaxıstan ərazisində keçiriləcək.
Təlimlərin yekun fazası bu yaxınlarda yaradılmış Kollektiv Operativ Reaksiya Qüvvələridir (KORQ). Özbəkistanın təlimlərdə iştirakdan imtina etməsi KORQ strukturlarında iştirakla bağlı mövqeyi ilə əlaqədardır.
Qeyd edək ki, bu ilin iyununda KTMT-nin sammitində KORQ-un yaradılması haqda sazişi blokun 7 üzvündən 5-i imzalayıb. Özbəkistan və Belarus sazişi təsdiq etməyib. Rəsmi Daşkənd KTMT ordusundan istifadə imkanlarını məhdudlaşdıran bir sıra şərtlər (KORQ bölmələrinin blok üzvləri arasındakı konflikt zamanı istifadə olunmaması, milli qanunvericiliklə ziddiyyət təşkil edərsə, digər ölkələrə göndərilməməsi və s.) irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR