Bank Of Baku

Çeçenistanda törədilən terror aktı nəticəsində ölən milislərin sayı 4 nəfərə çatıb

Çeçenistanda törədilən terror aktı nəticəsində ölən milislərin sayı 4 nəfərə çatıb
# 25 avqust 2009 14:11 (UTC +04:00)
Qroznı-APA. Çeçenistanın Arqun şəhərində törədilən terror aktı nəticəsində ölən milis əməkdaşlarının sayı dörd nəfərə çatıb. APA-nın məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya çatdırılan milis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, terror aktı Arqunun Mesker-yurt kəndində baş verib. Milis əməkdaşlarına yaxınlaşan naməlum şəxs üzərindəki “şəhid qurşağı”nı işə salıb. Kamikadzenin şəxsiyyəti artıq müəyyənləşib. Onun səhra komandiri Hüseyn Qakayevin dəstəsinin üzvü olan Maqomed Şahidov olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR