Bank Of Baku

Rusiya Cənubi Osetiya və Abxaziyadakı hərbi kontingentini 1700 nəfərə qədər azaldıb

Rusiya Cənubi Osetiya və Abxaziyadakı hərbi kontingentini 1700 nəfərə qədər azaldıb
# 26 avqust 2009 14:01 (UTC +04:00)
Bakı – APA. Rusiya Cənubi Osetiya və Abxaziyadakı hərbi kontingentini (hər birində) 1700 nəfərə qədər azaldıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nikolay Makarov məlumat verib.
N.Makarov qeyd edib ki, ilk vaxtlar rus hərbçilərinin sayını 4800-5000-ə çatdırmaq planları olub: “Amma sonradan Baş Qərargahda qərara aldılar ki, müasir silahlarla 1700 hərbçi də kifayət edər”.
Qeyd edək ki, bu ilin aprelində Rusiya ilə Cənubi Osetiya və Abxaziya bölgələri arasında “Dövlət sərhədlərinin birgə mühafizəsi haqqında” saziş qüvvədədir. Sazişə əsasən, Gürcüstanın adı çəkilən separatçı bölgələrində Rusiyanın nəzarətində olan sərhəd idarəsi yaradılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR