Bank Of Baku

Gürcüstanda yeni iqtisadi inkişaf naziri təyin edilib

Gürcüstanda yeni iqtisadi inkişaf naziri təyin edilib
# 26 avqust 2009 15:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda iqtisadi inkişaf naziri vəzifəsinə təyinat olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstanın baş naziri Nika Gilauri bu vəzifəyə Zurab Pololikaşvilinin namizədliyini irəli sürüb. Baş nazir deyib ki, Z. Pololikaşvili investorlarla işləməyi yaxşı bilir: “ Ən əsası odur ki, o, 7 il fərdi sektorlarla çalışıb. Ona görə də bu sahədə çalışan adamların problemlərinə yaxşı bələddir. Pololikaşvili Gürcüstan iqtisadiyyatının problemlərini həll etməyə qadirdir".

Baş nazir yeni iqtisadi inkişaf nazirindən ölkəyə fərdi sərmayə qoyuluşunu artırmağı, fərdi sektor və xarici investorlarla əlaqələri möhkəmlətməyi, özəlləşdirmədən gələn gəliri зoxaltmağı gözlədiyini bildirib.

Qeyd edək ki, Z. Pololikaşvili Gürcüstanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR