Bank Of Baku

Gürcüstanın müdafiə naziri istefa verib

Gürcüstanın müdafiə naziri istefa verib
# 27 avqust 2009 17:04 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın müdafiə naziri David Sixarulidze istefa verib. APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Mixail Saakaşvili bu vəzifəyə müdafiə nazirinin I müavini Baço Axalayanı təyin edib.

Qeyd edək ki, sabiq nazir D.Sixarulidze 2008-ci ilin dekabr ayında hökumətdə aparılan genişmiqyaslı islahatlar çərçivəsində Müdafiə Nazirliyinə rəhbər təyin olunub.

«RİA Novosti» agentliyinin məlumatına görə, D.Sixarulidzenin dövlət başçısının beynəlxalq işlər üzrə müşaviri təyin olunacağı gözlənilir.

Xatırladaq ki, ötən həftə Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya istefaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR