Bank Of Baku

Özbəkistan Tacikistanla sərhədləri bağlayıb

Özbəkistan Tacikistanla sərhədləri bağlayıb
# 28 avqust 2009 08:02 (UTC +04:00)
Daşkənd-APA. Sentyabrın 1-də müstəqillik gününü qeyd edəcək Özbəkistan təhlükəsizlik səbəbilə Tacikistanla sərhədləri bağlayıb. APA-nın məlumatına görə, sərhədlər sentyabrın ilk ongünlüyünə qədər bağlı olacaq. Bu müddət ərzində hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərləri Rusiyadan keçməklə gerçəkləşdirə bilərlər. Məhdudiyyətlər yalnız diplomatik missiyaların əməkdaşlarına şamil edilmir. Qeyd edək ki, iki ölkə arasında viza rejimi 2000-ci ildə rəsmi Daşkəndin təşəbbüsü ilə tətbiq olunub. 2001-ci ildə Özbəkistan İslam Hərəkatı döyüşçülərinin ölkə ərazisinə daxil olmasını əngəlləmək məqsədilə rəsmi Daşkənd Tacikistanla sərhədlərin minalanmasına qərar verib. İki ölkənin sərhədinin uzunluğu 1,200 kilometrdir. Hazırda Tacikistanla Özbəkistan dövlət sərhədinin 95 faizini razılaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR