Bank Of Baku

Moldova parlamentinin sədri postuna müxalifətin namizədi seçilib

Moldova parlamentinin sədri postuna müxalifətin namizədi seçilib
# 28 avqust 2009 13:40 (UTC +04:00)
Bakı – APA. Moldova parlamentinə yeni sədr seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Liberal Partiyasının lideri Mixay Gimpu “Avropaya inteqrasiya uğrunda” alyansının bütün üzvlərinin – 53 deputatın səsi ilə spiker postunun sahibi olub. Bu koalisiyada parlamentdəki bütün müxalifət fraksiyaları – Liberal, Demokrat, Liberal-Demokrat partiyaları və “Bizim Moldova” bloku təmsil olunur. Xatırladaq ki, sədr seçkisi üçün 101 yerlik qanunverici orqanda 52 səsə ehtiyac vardı.

M. Gimpu 1951-ci ildə doğulub. Kişinyov Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Moldova Xalq Cəbhəsinin qurucularından biri olub. 2007-2008-ci illərdə Kişinyov Bələdiyyə Şurasına sədrlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR