Bank Of Baku

Tiflisdə teplovoz relsdən çıxıb

Tiflisdə teplovoz relsdən çıxıb
# 28 avqust 2009 14:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA Gürcüstan paytaxtında teplovoz relsdən çıxıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə şəhərin Didube ərazisində qeydə alınıb. Relsdən çıxan teplovoz 20 avtomobili əzib. Həmçinin marşrut taksilərinin də zədələndiyi bildirilir. Şahidlərin dediyinə görə, teplovozun sürücüsü maşını vaxtında saxlaya bilməyib. Xəsarət alan yoxdur. İstintaq orqanları hadisə yerində araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR