Bank Of Baku

Vladimir Putinin təyyarəsi hava limanında dirəyə dəyib

Vladimir Putinin təyyarəsi hava limanında dirəyə dəyib
# 29 avqust 2009 07:37 (UTC +04:00)
APA-nın “EFakt.pl” saytına istinadən verdiyi məlumata görə, Lex Valensa adına hava limanına enərkən İl-76 tipli hökumət təyyarəsinin sol qanadı zədələnib.V. Putin təyyarədə olmayıb. Təyyarədə baş nazirin Polşaya rəsmi səfərinə hazırlıq məqsədilə bu ölkəyə ezam edilən personal, xüsusi xidmət orqanlarının əməkdaşları və sürücülər olub. Qəzanın pilot yanlışlığı, yoxsa dispetçer xidmətinin səhvi nəticəsində baş verib-vermədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, V. Putin sentyabrın 1-də Birinci Dünya müharibəsinin başlamasının 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Polşaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR