Bank Of Baku

Mahaçqalada milis əməkdaşı qətlə yetirilib

Mahaçqalada milis əməkdaşı qətlə yetirilib
# 31 avqust 2009 07:19 (UTC +04:00)
Mahaçqala-APA. Mahaçqalada xüsusi təyinatlı milis dəstəsinin əməkdaşı qətlə yetirilib. APA-nın məlumatına görə, qatillər milis əməkdaşının evinə gəliblər, qapını açan milisə avtomat silahdan atəş açılıb. Milis əməkdaşı aldığı yaralardan hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb, qatillərin axtarışı davam edir. Bu son günlər ərzində Dağıstanda milislə bağlı ikinci insidentdir. Dünən Mahaçqalada milis polkovniki Maqomed Baysultanov naməlum şəxslərin hücumuna məruz qalıb. Başından ağır zərbə alan milis polkovniki beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hücum edənlər polkovnikin tabel silahını götürüb aradan çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR