Bank Of Baku

Türkmənistan prezidenti dəniz sərhədlərini möhkəmləndirməyə göstəriş verib

Türkmənistan prezidenti dəniz sərhədlərini möhkəmləndirməyə göstəriş verib
# 31 avqust 2009 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Müdafiə Nazirliyinin hərbi-dəniz bazasının və Xəzərdə sərhəd xidmətinin yaradılmasını vacib sayıb. O, hərbi-dəniz qüvvələrinin daimi olaraq yaradılacaq bazada yerləşəcəyini bildirib. Obyektin harada yerləşəcəyini açıqlamayan Qurbanqulu Berdımühəmmədov Türkmənistan Sərhəd Xidməti üçün yeni patrul katerlərinin alınacağını , donanmanın isə raketlərlə təchiz olunmuş iki müasir gəmi hesabına gücləndiriləcəyini bildirib. Türkmənistan dəniz sərhədlərinin möhkəmləndirilməsi istiqamətində işləri 2015-ci ilə kimi yekunlaşdırmaq niyyətindədir. Türkmənistanın Xəzərdə hərbi gücünü artırmaq niyyətinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib ki, Azərbaycan Xəzər dənizinin militarizasiyasının əleyhinədir.

Qeyd edək ki, Xəzərdəki bəzi neft və qaz yataqları ilə bağlı Azərbaycanla Türkmənistan arasında mübahisə mövcuddur. Azərbaycanı Türkmənistana məxsus neft yataqlarını istismar etməkdə günahlandıran rəsmi Aşqabad bununla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR