Bank Of Baku

Dağıstanda irimiqyaslı terror aktının qarşısı alınıb

Dağıstanda irimiqyaslı terror aktının qarşısı alınıb
# 01 sentyabr 2009 08:50 (UTC +04:00)
Mahaçqala-APA. Mahaçqalanın milis postlarından birində kamikadzenin törətdiyi terror aktı nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. APA-nın məlumatına görə, milis əməkdaşları posta yaxınlaşan “VAZ-2109” markalı avtomobili saxlamaq istəyiblər. Maşında olan terrorçu partlayıcı qurğunu işə salıb, partlayış nəticəsində postun binasının bir hissəsi uçub. Hadisə zamanı 14 nəfər milis əməkdaşı və mülki şəxs yaralanıb, yaralılardan biri xəstəxanada keçinib. Partlayış baş verən yerdə dərinliyi 1,5 metr, uzunluğu 3 metr olan çuxur əmələ gəlib. Ekspertlər partlayışın 50 kiloqram trotil ekvivalentində dəyərləndiriblər. Dağıstanın daxili işlər naziri Əli Maqomedov 1 sentyabr – Bilik Günü Mahaçqalada törədilməsi nəzərdə tutulan irimiqyaslı terror aktının qarşısının alındığını bəyan edib. O bildirib ki, milis postunda işə salınan partlayıcı qurğu şəhərin mərkəzində partladılmaq üçün nəzərdə tutulubmuş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR