Bank Of Baku

Vladimir Putin Gürcüstanın “Rustavi-2” telekanalına müsahibə verib

Vladimir Putin Gürcüstanın “Rustavi-2” telekanalına müsahibə verib
# 02 sentyabr 2009 08:08 (UTC +04:00)
Bakı – APA. Rusiyanın baş naziri Vladimir Putin Gürcüstanın “Rustavi-2” telekanalına müsahibə verib. APA-nın məlumatına görə, V. Putin Rusiyanın bir neçə il Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini deyib: “Siz bilirsiniz ki, Cənub Osetiya və Abxaziya bir neçə il əvvəl öz müstəqilliklərini elan etsələr də, Rusiya bu illər ərzində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirdi. Amma cənab Saakaşvilinin əməllərindən sonra vəziyyət kökündən dəyişdi. Bizim başqa seçimimiz yox idi. Əgər Gürcüstan daha əvvəl Abxaziya və Cənubi Osetiyaya muxtariyyət versəydi, abxazlar və osetinlərin azadlığını tapdalamasaydı, heç nə olmayacaqdı”.

V. Putin bəyan edib ki, problem Saakaşvili rejimindən qaynaqlanır və Rusiya gürcü xalqına hörmətlə yanaşır: “Sizin işğal dediyinizə Qafqazın kiçik xalqları abxazlar və osetinlər azadlıq və müstəqillik deyir. Gürcüstanı alçaltmaq və kədərləndirmək istəməzdim, amma bir daha bildirmək istəyirəm ki, faciəyə Gürcüstan hakimiyyətinin məsuliyyətsiz hərəkətləri səbəb olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR