Bank Of Baku

Rusiya XİN Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə münasibət bildirib

Rusiya XİN Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə münasibət bildirib
# 02 sentyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair gedən prosesi pozitiv qiymətləndirib. APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti öz şərhində bildirib. Sənəddə deyilir: “Ermənistan və Türkiyə bizə dost ölkələrdir. Onlar arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişləri təbii və gözlənilən proses kimi qəbul edirik. Ölkədaxili məsələ olan bu məsləhətləşmələr substantiv müqavilələrlə yekunlaşsa, çox şad olarıq».

Rusiya XİN-i hesab edir ki, imzalanması gözlənilən sənədlərdə nəzərdə tutulan addımlardan heç biri istənilən üçüncü tərəfə zərər vura bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR