Bank Of Baku

Serj Sərkisyanın bəyanatı Gürcüstanla Ermənistan arasında ciddi siyasi qalmaqal yaradıb

Serj Sərkisyanın bəyanatı Gürcüstanla Ermənistan arasında ciddi siyasi qalmaqal yaradıb
# 03 sentyabr 2009 14:46 (UTC +04:00)
Tiflis-APA. Rəsmi Tiflis Rusiyanın ünvanına növbəti ittihamlar səsləndirib. APA-nın məlumatına görə, Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Georgi Kandelaki bildirib ki, Rusiya Ermənistanı Gürcüstan əleyhinə fəaliyyətə sürükləyir: “Rusiya Ermənistanın əleyhimizə qaldırmaq üçün təzyiqləri artırır”. Ermənistan prezidenti Serj Sərkisyanın Samtsxe-Cavaxetiya ərazisində erməni dilinə regional dil statusu verilməsi təklifini dəyərləndirən deputat bildirib ki, Gürcüstan ermənilərin ölkənin ictimai həyatına inteqrasiyası üçün çox iş görüb: “Bütün bunlara rəğmən Rusiya bölgədə stabilliyi pozmaq üçün Cavaxetiyadan istifadə edə bilər. ”
Xatırladaq ki, dünən Ermənistan prezidenti Gürcüstana erməni dilinə regional dil status verməyi, Erməni Apostol Kilsəsini qeydiyyatdan keçirməyi, Gürcüstanda erməni abidələrinin mühafizəsini tövsiyə edib.
Gürcüstan baş nazirinin müavini, reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili isə Ermənistan prezidentinə erməni dilini öz ölkəsində inkişaf etdirməyi məsləhət görüb: “Qoy Sərkisyan erməni dilini öz ölkəsində inkişaf etdirsin. Biz çox şadıq ki, Ermənistanda yeganə dövlət dili erməni dilidir. Gürcüstan demokratik ölkədir və burada bütün milli azlıqların, o cümlədən ermənilərin hüquqları müdafiə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR