Bank Of Baku

Sayano-Şuşensk su-elektrik stansiyasında baş verən qəzada həlak olanların hamısının cəsədi tapılıb

Sayano-Şuşensk su-elektrik stansiyasında baş verən qəzada həlak olanların hamısının cəsədi tapılıb
# 04 sentyabr 2009 08:27 (UTC +04:00)
Xakasiya-APA. Sayano-Şuşensk su-elektrik stansiyasında baş verən qəzada həlak olanların hamısının cəsədi tapılıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, şəhər xəstəxanalarında 75 cəsəd var. Suda tapılan son iki cəsədin də qəza zamanı həlak olan stansiya işçilərinə məxsus olduğu təsdiqlənib. Qeyd edək ki, avqustun 17-də baş verən qəza zamanı stansiyanın maşın şöbəsində 90 nəfər olub. Qəza nəticəsində maşın şöbəsi və bir neçə hidroaqreqat tamamilə dağılıb, stansiyanın fəaliyyəti dayanıb. Sayano-Şuşensk su-elektrik stansiyasının tam bərpası üçün 10-40 milyard pul tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR