Bank Of Baku

Qazaxıstanın xarici işlər naziri dəyişdirilib

Qazaxıstanın xarici işlər naziri dəyişdirilib
# 04 sentyabr 2009 16:43 (UTC +04:00)
Bakı – APA. Kanat Saudabayev Qazaxıstanın xarici işlər naziri təyin olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, o bu postda Marat Tajini əvəzləyib. 2007-ci ildən ölkənin xarici siyasət idarəsinə başçılıq edən M. Tajin isə Qazaxıstan Təhlükəsizlik Şurasının katibi təyin olunub. Ondan əvvəl bu postu tutmuş Kairbek Süleymanov bu günlərdə istefaya göndərilib.

K. Saudabayevin iki il ərzində tutduğu dövlət katibi postu isə ləğv edilib. O, xarici işlər naziri kimi əvvəlki vəzifəsinin səlahiyyətlərinə daxil olan məsələləri də idarə edəcək.

Qeyd edək ki, K. Saudabayev artıq bir dəfə - 1994-cü ildə XİN-ə rəhbərlik edib. Lakin sonradan Qazaxıstanın Türkiyədə, bunun ardınca isə Böyük Britaniyadakı səfiri olub. O, ölkənin ABŞ-dakı səfiri və Qazaxıstan baş nazirinin dəftərxanasının rəhbəri postlarında da çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR