Bank Of Baku

Xabarovska çoxmərtəbəli binada qaz sızmasından partlayış baş verib

Xabarovska çoxmərtəbəli binada qaz sızmasından partlayış baş verib
# 05 sentyabr 2009 07:40 (UTC +04:00)
Xabarovsk-APA. Xabarovskda çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. APA-nın məlumatına görə, qaz sızmasından baş verən partlayışda yeddi nəfər xəsarət alıb. Yaralılardan üç nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib. Birinci mərtəbədə baş verən partlayış nəticəsində üç mənzil tamamilə dağılıb. Qəza baş verən blokda yaşayan 32 nəfər müvəqqəti olaraq avtobuslarda yerləşdirilib, onların müvəqqəti mənzillə təmin olunması məsələsi müzakirə olunur. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR