Bank Of Baku

İnquşetiya prezidentinə sui-qəsdin təşkilatçısı, inquş mücahidlərinin lideri “Əbdüləziz” öldürülüb

İnquşetiya prezidentinə sui-qəsdin təşkilatçısı, inquş mücahidlərinin lideri “Əbdüləziz” öldürülüb
# 05 sentyabr 2009 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, Dzortov soyadlı bu şəxs İnquşetiya ərazisində fəaliyyət göstərən bütün qanunsuz silahlı birləşmələrin fəaliyyətini koordinasiya edirmiş. “Əbdüləziz” ləqəbli Dzortov bir sıra ağır cinayətlərdə ittiham olunur. Beynəlxalq axtarışda olan “Əbdüləziz” İnquşetiya prezidentinə qarşı sui-qəsdin əsas təşkilatçısı hesab olunur. Mücahidlərin lideri iki tərəfdaşı ilə birlikdə milislərlə atışmada öldürülüb. “VAZ-21019” markalı maşında milis postuna yaxınlaşan silahlılar milis əməkdaşlarına avtomat silahlardan atəş açıblar. İki silahlı atışmada öldürülüb, yaralanmış Dzortov isə aradan çıxmağa müvəffəq olub. Onun cəsədi atışma baş verən yerdən 500 metr məsafədə tapılıb. Yaralı Dzortov ələ keçməmək üçün əlindəki qumbaranı partladaraq özünü öldürüb.
Qeyd edək ki, İnquşetiya prezidentinə qarşı sui-qəsd iyunun 22-də gerçəkləşib. Yevkurovun kortejinin hərəkət etdiyi yolda güclü bomba partlayışı baş verib. Partlayış nəticəsində iki nəfər ölüb, prezident isə ağır yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR