Bank Of Baku

Krımda süd məhsullarından zəhərlənən uşaqların sayı 171 nəfərə çatıb

Krımda süd məhsullarından zəhərlənən uşaqların sayı 171 nəfərə çatıb
# 05 sentyabr 2009 10:38 (UTC +04:00)
Krım-APA. Krımın Cankoy şəhərində zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətirilən uşaqların sayı 171 nəfərə çatıb. APA-nın məlumatına görə, dünəndən etibarən şəhərin müxtəlif uşaq bağçalarından qida zəhərlənməsi diaqnozu işə xəstəxanalara uşaqlar gətirilir. Ukraynanın səhiyyə naziri Vasili Knyazeviç zəhərlənməyə süd məhsullarının səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Ukrayna prezidenti Viktor Yuşşenko baş prokuror Vladimir Medvedkoya uşaq bağçalarında baş verən kütləvi zəhərlənməsinin səbəblərini araşdırmaq barədə göstəriş verib. Faktla bağlı Krım prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR