Bank Of Baku

Viktor Yuşşenko Rusiyanı Krımda sabitliyi pozmaqda ittiham edib

Viktor Yuşşenko Rusiyanı Krımda sabitliyi pozmaqda ittiham edib
# 07 sentyabr 2009 11:35 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Rusiyanı Krımda sabitliyi pozmaqda ittiham edib. APA-nın xəbərinə görə, V. Yuşşenko Almaniyanın “Der Spiegel” həftəliyinə müsahibəsində deyib ki, Rusiyanın Krımda dislokasiya olunmuş Qara dəniz donanmasında hökm sürən qanunsuzluq və intizamsızlıq rusiyalı dənizçilərlə Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmaya səbəb olub. O bildirib ki, 2017-ci ilə qədər qüvvədə olacaq müqaviləyə əsasən Kiyev Krım yarımadasındakı Rusiya hərbi mövcudiyyətinə nəzarət etmək hüququna malikdir. Ukrayna dövlət başçısı hesab edir ki, Krımda vəziyyəti gərginləşdirmək istəyən qüvvələr olduğu üçün Ukrayna NATO-nun simasında özünə dəstək aramalıdır. Dövlət başçısının fikrincə, Rusiyanın Ukrayna üzərində təsirinin artması ölkədə təməl demokratik dəyərlərin itməsinə gətirib çıxara bilər.

V. Yuşşenko bir daha baş nazir Yuliya Timoşenkonu Rusiyanın maraqlarını təmsil etməkdə ittiham edib. Prezident vurğulayıb ki, Y. Timoşenkonun ətrafı onun 2004-cü ildə zəhərlənməsi olayının araşdırılmasına mane olmağa çalışıb. İstintaqın başa çatdığını söyləyən V. Yuşşenkonun sözlərinə görə, onun zəhərlənməsini təşkil edən şəxslər 4 ildir Rusiyada gizlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR