Bank Of Baku

Viktor Yuşşenko: “Ali Rada özünü buraxmalıdır”

Viktor Yuşşenko: “Ali Rada özünü buraxmalıdır”
# 07 sentyabr 2009 12:48 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radanın özünü buraxmasına tərəfdar olduğunu bəyan edib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, V. Yuşşenko “İnter” telekanalına müsahibəsində bildirib ki, hazırda parlamenti buraxmaq üçün prezidentin əlində əsas yoxdur: “Əgər belə bir əsasım olsaydı, inanın ki, 24 saat da gözləməzdim”.

V. Yuşşenko parlamentdə yaranan böhrana görə məsuliyyəti mövcud koalisiya hökumətinin və onun başçısı Yuliya Timoşenkonun boynuna qoyub. Onun fikrincə, bu vəziyyətdən iki çıxış yolu var: “Birincisi Ali Radanın özünü buraxmasıdır. Bu, Konstitusiyaya uyğundur və seçkiyə qədər vəziyyəti dəyişə və iş qabiliyyətli parlamentin yaranmasına səbəb ola bilər. İşləməyən parlament ölkəyə lazım deyil, çünki bu, iki aparıcı siyasi qüvvənin təşkil etdiyi çox bahalı şoudur”.

V. Yuşşenkonun fikrincə, ikinci çıxış yolu koalisiyada təmsil olunan siyasi qüvvələrdən birinin məsuliyyəti öz üzərinə götürərək parlamentdə gedən biabırçı proseslərə son qoymaq üçün koalisiyanı tərk etməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR