Bank Of Baku

Şarl Aznavur: “Sərhədin açılması Ermənistanın durğunluqdan çıxmasına imkan verəcək”

Şarl Aznavur: “Sərhədin açılması Ermənistanın durğunluqdan çıxmasına imkan verəcək”
# 08 sentyabr 2009 11:10 (UTC +04:00)
Bakı – APA. “Tərəflərin razılığı ilə Ermənistanla Türkiyə arasında yaxşı münasibətlər qurmaq mümkündür”. APA-nın xəbərinə görə, bunu Ermənistanın İsveçrədəki səfiri, tanınmış fransalı sənətçi Şarl Aznavur “Azadlıq” radiosuna müsahibəsində deyib. Ş. Aznavur bildirib ki, sərhədlərin açılmasından şad olardı: “Belə məsələlər asan olmur, hər iki tərəfdə bunu istəməyən adamlar var”.

Ş. Aznavurun fikrincə, sərhədlərin açılması Ermənistanın vəziyyətinə müsbət təsir göstərəcək: “Sərhədin açılması Ermənistanın durğunluqdan çıxmasına imkan verəcək. Hazırda Ermənistanın yalnız İrana və bir az da Gürcüstana çıxışı var. Ancaq bu, ölkənin inkişafı üçün kifayət deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR