Bank Of Baku

Qazaxıstanda baş verən vertolyot qəzasında 10 nəfər ölüb

Qazaxıstanda baş verən vertolyot qəzasında 10 nəfər ölüb
# 08 sentyabr 2009 11:52 (UTC +04:00)
Astana-APA. Qazaxıstan sərhəd xidmətinə məxsus vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, vertolyot bu gün səhər Cənubi Qazaxıstan vilayəti ərazisində qəzaya uğrayıb. Vertolyotda Özbəkistanla sərhədlərin mühafizəsini gücləndirmək məqsədilə bölgəyə göndərilən 13 nəfərlik kəşfiyyat-axtarış qrupu olub. Mühafizəni gücləndirmək barədə qərar Özbəkistandan bir qrup şəxsin qanunsuz olaraq Qazaxıstan ərazisinə keçmək cəhdi barədə məlumatdan sonra qəbul edilib. Qəza zamanı vertolyotda olan 3 hərbçi ağır yaralanıb. Qəzanın səbəbləri məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR