Bank Of Baku

İnquşetiya prezidentinə sui-qəsd təşkil edənlərin adları açıqlanıb

İnquşetiya prezidentinə sui-qəsd təşkil edənlərin adları açıqlanıb
# 08 sentyabr 2009 13:05 (UTC +04:00)
Nazran-APA. İnquşetiya prokuroru Yuri Turıqin prezident Yunusbek Yevkurova sui-qəsd edənlərin adlarını açıqlayıb. APA-nın məlumatına görə, prokuror sui-qəsdi icra edən Əliyev və Batıqovun bandalarının ləğv edildiyini bəyan edib. Onun sözlərinə görə, hazırda cinayətkar qruplaşmanın daha 35 cinayətdə iştirakı, o cümlədən İnquşetiya Ali Məhkəməsinin sədri Aza Qazgireyevanın qətlində iştirakı isbata yetirilib. Əbdülmalik Əliyev və Aslan Batıqov iyunun 24-də Ekajevo kəndində keçirilən xüsusi əməliyyat zamanı öldürülüblər. Turıqin həmçinin Nazran şəhər daxili işlər idarəsində törədilən terror aktının təşkilatçılarından birinin ələ keçirildiyini bildirib. İnquşetiya DİN söhbətin 19 yaşlı Cəbiyev soyadlı şəxsdən getdiyini dəqiqləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR