Bank Of Baku

Gürcüstanda saxlanan “Buket” gəmisinin kapitanı azadlığa buraxılıb

Gürcüstanda saxlanan “Buket” gəmisinin kapitanı azadlığa buraxılıb
# 08 sentyabr 2009 16:02 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən yaydığı məlumata görə, gəmi kapitanı məhkəmənin qərarından sonra azad edilib. Xatırladaq ki, bundan əvvəl Poti şəhər məhkəməsi Gürcüstanın işğal altında olan ərazilərinə daxil olmaq rejimini pozmaqda ittiham edilən “Buket” gəmisinin kapitanını 24 il müddətinə azadlıqdan məhrum etmişdi. Türkiyə hökumətinin müdaxiləsindən və konkret olaraq Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Tiflisdə apardığı danışıqlardan sonra Gürcüstan tərəfi kapitanın azad edilməsinə razılıq verib. Dünən isə gəminin 17 nəfərlik heyəti məhkəmə qərarı ilə cərimələnərək azadlığa buraxılıb. Xatırladaq ki, təqribən bir ay əvvəl saxlanan gəminin heyt üzvlərindən 4-ü Azərbaycan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR