Bank Of Baku

Zavod direktoru arvadının və uşaqlarının gözü qarşısında özünü güllələyib

Zavod direktoru arvadının və uşaqlarının gözü qarşısında özünü güllələyib
# 08 sentyabr 2009 16:06 (UTC +04:00)
Bakı – APA. “Ural dəmiryolu maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş direktoru Dmitri Yakşin özünü öldürüb. İstintaqın versiyasına görə, 46 yaşlı baş direktor özünü sinəsindən güllələyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prokurorluq orqanlarından bildirib ki, hadisə sentyabrın 5-də D. Yakşinin evində həyat yoldaşının və uşaqlarının gözü qarşısında baş verib. İntiharın motivləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

D. Yakşin Ural Dəmiryolu Maşınqayırma Zavoduna bu ilin mayında baş direktor təyin olunub. Buna qədər o, “Bir may maşınqayırma” ASC-nin baş direktorunun birinci müavini işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR