Bank Of Baku

Gürcüstanda zəlzələ baş verən Oni rayonunun sakinləri çadırlarda gecələyirlər

Gürcüstanda zəlzələ baş verən Oni rayonunun sakinləri çadırlarda gecələyirlər
# 09 sentyabr 2009 11:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda baş vermiş zəlzələdən sonra Oni rayon sakinləri gecəni çadırlarda keçirirlər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, çadırları əhaliyə Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar xidmətinin nümayəndələri gətiriblər. Bu barədə jurnalistlərə Kvemo-Svaneti üzrə prezidentin səlahiyyətli nümayəndəsi David Qaqoşidze bildirib: "Oni rayonunun hər yerinə çadırlar quraşdırılıb. Amma hələ də 600-700 çadıra ehtiyacımız var. Hadisə yerinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəliblər. Onlar zərərçəkmişlərə kömək edəcəklərinə söz veriblər." D. Qaqoşidzenin sözlərinə görə, Oni rayonu üzrə 1034 ailə zəlzələdən zərər çəkib. Ən çox zərər зəkən 418 ailə olub, 572 ailəyə isə nisbətən az zərər dəyib. Rayonun elektrik enerjisi ilə təminatı artıq bərpa olunub, yollar isə təmizlənib.

Xatırladaq ki, sentyabrın 8-də Gürcüstanda 8 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələnin episentri Oni rayonundan 10-15 kilometr uzağa düşüb. Təbii fəlakətdən ən böyük zərər bu rayona dəyib. Yeraltı təkanlar Gürcüstanın hər yerində, o cümlədən azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər rayon və şəhərlərdə də hiss olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR