Bank Of Baku

Moskvada uydurma “erməni soyqırımı” “qurbanları”nın xatirəsinə abidə ucaldılacaq

Moskvada uydurma “erməni soyqırımı” “qurbanları”nın xatirəsinə abidə ucaldılacaq
# 09 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı – APA. Rusiyanın paytaxtı Moskva şəhərində “erməni soyqırımı” “qurbanları”nın xatirəsinə abidə ucaldılacaq. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Moskva şəhər Dumasının monumental sənət üzrə komissiyasının iclasında Rusiya Erməniləri İttifaqının bu barədə müraciətinə baxılıb. Komissiya üzvləri təşəbbüskarların monumentin xərclərini öz üzərlərinə götürməsini nəzərə alaraq Moskva Dumasına tövsiyə ediblər ki, təklif “Şəhər əhəmiyyətli monumental-dekorativ sənət əsərlərinin ucaldılması barədə təkliflər”in sırasına daxil edilsin. Abidənin Moskvada inşa edilməkdə olan Yeni Naxçıvan kilsəsinin ərazisində qoyulması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR