Bank Of Baku

Mixail Saakaşvili: “Rusiya diplomatik məğlubiyyətə uğradı”

Mixail Saakaşvili: “Rusiya diplomatik məğlubiyyətə uğradı”
# 10 sentyabr 2009 08:22 (UTC +04:00)
Bakı – APA. Prezident Mixail Saakaşvili BMT Baş Asambleyasının Gürcüstandakı qaçqınlar və məcburi köçkünlərlə bağlı qəbul etdiyi qətnaməni alqışlayıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bu qətnamənin ötən ilin avqust müharibəsindən sonra qəbul olunan ilk belə sənəd olduğuna diqqət çəkərək Rusiyanın diplomatik məğlubiyyətə uğradığını bəyan edib: “Qətnamə qaçqınların qayıdış, əmlak hüquqlarını sözsüz təsdiqləyir, həmçinin demoqrafik vəziyyətin güc yolu ilə dəyişdirilməsi və etnik təmizliyi pisləyir”.

M. Saakaşvili Rusiyanın bu məsələni gündəmdən çıxarmaq və ya qətnaməni dəyişdirmək üçün son həftələrdə şantaj və rüşvət metodlarından istifadə etdiyini söyləyib: “Kuluar mübarizəsi və digər metodlara baxmayaraq, bütün Avropa Birliyi ölkələri Gürcüstanın ərazi bütövlüyünü və qaçqınların qayıdışını dəstəklədilər. Rusiya diplomatik iflasla üzləşdi. Nə Gürcüstan, nə də demokratik beynəlxalq güclər 21-ci əsrdə baş verən təcavüz, işğal cəhdi və etnik təmizliklə barışmayacaq. Biz öz başlıca hüququmuz olan azadlıq və ərazi bütövlüyü hüququmuzu heç vaxt güzəştə getməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR