Bank Of Baku

Dmitri Medvedyev: “Venesuelaya istənilən silahı satmağa hazırıq”

Dmitri Medvedyev: “Venesuelaya istənilən silahı satmağa hazırıq”
# 10 sentyabr 2009 16:29 (UTC +04:00)
Moskva-APA. Rusiya Venesuelaya tank və digər silah növləri satmağa hazırdır. APA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedyev Venesuela prezidenti Huqo Çaveslə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Moskva rəsmi Karakasın istədiyi istənilə silahı satmağa razıdır. Rusiya Hərbi-Sənaye Kompleksindəki mənbələr iki ölkə arasında silah alqı-satqısına dair bir neçə müqavilənin imzalanacağını bildirib. Söhbət Venesuelaya “Varşava” sualtı qayıqlarının, PDM-3 piyadaların döyüş maşını və T-72 tanklarının, 10 ədəd “Mi-28H” döyüş vertolyotunun, sahil, raket kompleksinin satışından gedir. Bundan başqa Rusiya və Venesuela patrul təyyarələrinin, “Smerç” reaktiv atəş sistemlərinin, “Miraj” patrul katerlərinin, “Murena-E” desant katerlərinin alqı-satqısı ilə bağlı danışılar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR