Bank Of Baku

Vladimir Voronin artıq Moldova prezidenti deyil

Vladimir Voronin artıq Moldova prezidenti deyil
# 11 sentyabr 2009 09:27 (UTC +04:00)
Bakı – APA. Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin prezident səlahiyyətlərindən rəsmən imtina edib. APA-nın “Novosti-Moldova” agentliyinə istinadən verdiyi məlumata görə, iki dəfə ardıcıl prezident seçilən V. Voronin Konstitusiyaya əsasən 3-cü dəfə bu posta seçilə bilməz. Aprel ayında keçirilən parlament seçkilərindən sonra formalaşmış parlament yeni dövlət başçısını müəyyənləşdirə V. Voronin indiyə qədər prezident səlahiyyətlərini icra edirdi. Prezidenti seçə bilmədiyi üçün Konstitusiyanın tələbi əsasında özünü buraxan köhnə parlamentin yerinə yeni qanunverici orqanın formalaşmasından sonra V. Voronin deputat mandatını saxlamaq üçün prezidentlikdən rəsmən imtina etməli idi. İndi prezident səlahiyyətlərini parlamentin yeni sədri, Liberal Partiyasının lideri Mixay Gimpu icra edəcək. Xatırladaq ki, son seçkilərdən sonra parlamentdə təmsil olunan 4 müxalifət partiyası koalisiya yaradıb. Koalisiyanın 101 yerlik parlamentdə 53 deputatı var. Bu, yeni prezidenti seçmək üçün kifayət deyil. Çünki prezidenti seçmək üçün 61 səsə ehtiyac var. Keçiriləcək iki səsvermədən sonra dövlət başçısını seçmək mümkün olmasa, parlament yenə buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR