Bank Of Baku

Vladimir Putin 2012-ci il prezident seçkilərində Dmitri Medvedyevlə rəqabət aparacağını istisna edib

Vladimir Putin 2012-ci il prezident seçkilərində Dmitri Medvedyevlə rəqabət aparacağını istisna edib
# 11 sentyabr 2009 16:24 (UTC +04:00)
Bakı-APA. Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkilərində baş nazir Vladimir Putinlə indiki prezident Dmitri Medvedyev arasında rəqabət olmayacaq. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə baş nazir Vladimir Putin “Valday” diskussiya klubunun üzvləri ilə görüşdə bəyan edib. Görüşdə iştirak edən Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobinin sözlərinə görə, baş nazir 2012-ci ildə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Biz aramızda razılığa gələcəyik, çünki biz eyni qanın və siyasi baxışların daşıyıcısı olan insanlarıq”. Baş nazir əlavə edib ki, prezident postuna namizədlərin irəli sürülməsi vaxtı çatanda o prezident Medvedyevlə birlikdə siyasi planları, siyasi qüvvələrin nisbətini və “Vahid Rusiya” blokunun durumunu nəzərə alaraq kimin namizədliyini irəli sürmək lazım olduğuna qərar verəcəklər. Görüşdə iştirak edən politoloq Ariel Koeniun sözlərinə görə, Putin özünün və prezidentin şəxsi ambisiyalarının sıfır nöqtəsində olduğunu bildirib. Qeyd edək ki, Vladimir Putin 2000-2008-ci illərdə iki dəfə Rusiya prezidenti seçilib və qanunvericiliyə görə ardıcıl olaraq üçüncü dəfə namizədliyini irəli sürə bilmədiyinə görə bu postu Dmitri Medvedyevə güzəştə gedib. Lakin Vladimir Putinin 2012-ci ildə növbəti dəfə prezidentliyə namizəd olmaq şansı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR