Bank Of Baku

Gürcüstan parlamenti Kutaisiyə köçürüləcək

Gürcüstan parlamenti Kutaisiyə köçürüləcək
# 11 sentyabr 2009 16:38 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamenti yaxın illər ərzində Kutaisi şəhərində fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, parlamentin binasının Kutaisiyə köçürülməsi barədə qanun layihəsi ilkin oxunuşda qəbul edilib. Qanun layihəsinə əsasən 2012-ci ildən başlayaraq parlamentin plenar iclasları Kutaisidə, komitələrin iclasları isə Tiflisdə keçiriləcək. Qeyd edək ki, parlamentin Kutaisiyə köçürülməsi barədə qanun layihəsinin təşəbbüskarı deputat Akaki Boboxidzedir. Bu təşəbbüsü dəstəkləyən prezident Mixail Saakaşvili qanun layihəsini deputatların müzakirəsinə çıxarıb. Hakim partiyadan olan deputatlar layihəni dəstəkləsələr də, müxalifət təmsilçiləri deputatların Kutaisi ilə Tiflis arasında gəlib getmələrinin əlavə xərclərə səbəb olacağını əsas gətirərək layihənin əleyhinə səs veriblər. Deputat Georgi Tarqamadze bildirib ki, deputatların yol xərclərini artırmaqdansa, bu vəsaiti Kutaisi iqtisadiyyatına yatırmaq daha məqsədəuyğun olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR