Bank Of Baku

Qroznıda gimnaziya yaxınlığında partlayış baş verib

Qroznıda gimnaziya yaxınlığında partlayış baş verib
# 12 sentyabr 2009 07:52 (UTC +04:00)
Qroznı – APA. Bu gün səhər saat 8:00 radələrində Çeçenistanın paytaxtı Qroznı şəhərinin Lenin rayonunda 1 saylı gimnaziya yaxınlığında partlayış baş verib. APA-nın «İTAR-TASS» agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumatlarda hadisə nəticəsində təhsil müəssisəsinin iki mühafizəçisinin həlak olduğu bildirilir. Gimnaziyada təhsil alan uşaqlar arasında isə yaralananlar var.

Bununla yanaşı, «İnterfaks» agentliyi hadisə nəticəsində üç milis əməkdaşının yaralandığını xəbər verir. «RİA Novosti» agentliyinin məlumatına görə isə, partlayış nəticəsində üç milis əməkdaşı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR