Bank Of Baku

Dağıstanda Mahaçqala yaraqlılarının lideri da daxil olmaqla, 4 nəfər öldürülüb

Dağıstanda Mahaçqala yaraqlılarının lideri da daxil olmaqla, 4 nəfər öldürülüb
# 12 sentyabr 2009 09:57 (UTC +04:00)
Bakı - APA. Bu gün Mahaçqalada keçirilən xüsusi əməliyyat nəticəsində 4 yaraqlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, öldürülənlər arasında Mahaçqala yaraqlılarının lideri Baqautdin Kamalutdinovun da olduğu bildirilir. B. Kamalutdinov 1999-cu ildən federal axtarışda olan Dağıstan ekstremistlərinin ideoloqu Baqautdin Maqomedovun bacısı oğludur.

Məhv edilən yaraqlılar arasında bir qadın da var. Digər yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, məhv edilən silahlılar Mahaçqala prokurorunun müavininin öldürülməsində və Kızıl-Yurtda milis əməkdaşlarına hücumda da təqsirli bilinirlər.

Qeyd edək ki, Mahaçqala prokurorunun müavini Maqsud Maqsudov sentyabrın 11-də evinin qarşısında güllələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR