Bank Of Baku

Moskvada 2 milis əməkdaşının meyiti tapılıb

Moskvada 2 milis əməkdaşının meyiti tapılıb
# 15 sentyabr 2009 07:29 (UTC +04:00)
Bakı – APA. Moskva ətrafında hərəkət edən elektrik qatarında 2 milis əməkdaşının meyiti tapılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, sentyabrın 15-nə keçən gecə Moskva-Serpuxov qatarının vaqonlarının birində 2 milisin meyiti aşkarlanıb. Milislərdən birinin üzərindəki tabel silahı və patronların götürüldüyü müəyyənləşib. Bəzi mənbələr cinayətkar və ya cinayətkarların qətl məqsədilə karabin, yaxud milisin tabel silahından istifadə etdiyini, başqa mənbələr isə milislərin bıçaqlandığını xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR