Bank Of Baku

Rusiya-Azərbaycan quru sərhədi Gürcüstan vətəndaşları üçün bağlı elan olunub

Rusiya-Azərbaycan quru sərhədi Gürcüstan vətəndaşları üçün bağlı elan olunub
# 17 sentyabr 2009 08:52 (UTC +04:00)
APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, MDB ölkələri arasında imzalanmış sazişə əsasən Rusiya-Azərbaycan sərhədləri yalnız MDB ölkələrinin vətəndaşları və nəqliyyat vasitələri üçün açıqdır. Artıq bununla bağlı göstəriş Rusiyanın sərhəd-buraxılış məntəqələrində həyata keçirilir. Xarici İşlər Nazirliyi artıq İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqlarını təmsil edən şöbəyə xüsusi xəbərdarlıq göndərib ki, bu ölkəyə gəlmək üçün viza alan vətəndaşlar Rusiya ərazisinə quru yolla Azərbaycandan keçməklə daxil ola bilməzlər: “Bu tədbir hansısa məhdudiyyətlə əlaqədar deyil. Söhbət Gürcüstanın MDB-ni tərk etməsindən doğan hüquqi nəticələrdən gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR