Bank Of Baku

Ukraynalı mütəxəssislərin Rusiya ilə müharibə zamanı Gürcüstanın hava hücumundan müdafiə sistemlərini işlətdikləri təsdiqlənib

Ukraynalı mütəxəssislərin Rusiya ilə müharibə zamanı Gürcüstanın hava hücumundan müdafiə sistemlərini işlətdikləri təsdiqlənib
# 18 sentyabr 2009 10:39 (UTC +04:00)
Bakı – APA. Ukrayna Baş Prokurorluğu ukraynalı mütəxəssislərin 2008-ci ilin avqustunda Gürcüstan-Rusiya müharibəsi zamanı Gürcüstanın hava hücumundan müdafiə sistemlərini işlətdiklərini təsdiqləyib. APA-nın məlumatına görə, bu barədə “Seqodnya” qəzeti prokurorluğun apardığı yoxlamaların nəticələrinə istinadən xəbər yayıb. Qəzetə məlumat verən mənbə Ukraynanın Gürcüstana satdığı “Buk-M1” zenit-raket kompleksindən istifadə etmək üçün bir qrup ukraynalı mülki mütəxəssisin Gürcüstana göndərildiyini, bu şəxslərin avqustun 5-dən 13-nə qədər Gürcüstanda qaldığını deyib. Mütəxəssislər bunu inkar etməsələr də, hərbi əməliyyatlarda iştirak etmədiklərini söyləyiblər. Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Marina Ostapenko da Ukrayna vətəndaşlarının Rusiya-Gürcüstan müharibəsində iştirak etmədiyini bir daha təkrarlayıb.

Xatırladaq ki, avqust müharibəsi zamanı Gürcüstan səmalarında Rusiyanın bir neçə hərbi təyyarəsi vurulub. Moskva bu təyyarələrin məhz ukraynalıların işlətdiyi “Buk” kompleksləri ilə vurulduğunu iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR