Bank Of Baku

“Dağıstan əmiri”nin köməkçisi, “Davud” ləqəbli terrorçu öldürülüb

“Dağıstan əmiri”nin köməkçisi, “Davud” ləqəbli terrorçu öldürülüb
# 19 sentyabr 2009 07:23 (UTC +04:00)
Mahaçqala-APA. “Dağıstan əmiri” Umalat Maqomedovun köməkçisi, respublikada fəaliyyət göstərən ən böyük qanunsuz silahlı birləşmələrdən birinə rəhbərlik edən “Davud” ləqəbli Abdulla Saadullayev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. APA-nın məlumatına görə, Saaudlayev və daha iki terrorçu Kizlyar yaxınlığında keçirilən əməliyyat zamanı zərərsizləşdiriliblər. Öldürülən Abdulla Saadullayev həm də “Ali Şəriət Məhkəməsi”nin rəhbəri funksiyasını yerinə yetirib.
Terrorçuların olduğu “Niva” markalı maşın posta yaxınlaşan zaman milislər sənədləri yoxlamaq üçün maşını saxlamaq istəyiblər. Bu zaman terrorçular milis əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə hər üç terrorçu öldürülüb. Qeyd edək ki, ötən ay “Dağıstan əmiri”nin daha bir köməkçisi Eldar Heydərov Mahaçqalada öldürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR