Bank Of Baku

Rusiya NATO-nu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tanımağa çağırıb

Rusiya NATO-nu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tanımağa çağırıb
# 19 sentyabr 2009 08:07 (UTC +04:00)
Moskva-APA. Rusiyanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Dmitri Roqozin hərbi alyansı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tanımağa çağırıb. APA-nın məlumatına görə, NATO-nun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu görməməzliyə vurması gülüncdür: “Bu gülünc və qeyri-ciddi münasibətdir. NATO Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Mərkəzi Asiyada təhlükəsizliyin təminatı ilə bağlı proqramlar hazırladığından xəbərdardır. Ümidvaram ki, KTMT ilə NATO arasında tezliklə əməkdaşlıq haqqında saziş imzalanacaq. Rusiya belə bir sazişin imzalanmasında israr edir”.
Qeyd edək ki, NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, hərbi alyans KTMT-ə daxil olan ayrı-ayrı ölkələrlə münasibətlər qurub və təşkilatın nümayəndəsi NATO-Rusiya Şurası çərçivəsində Brüsseldə keçirilən görüşlərə dəvət olunur: “Bununla belə bu iki təşkilat arasında münasibətlərin rəsmiləşdirilməsi ilə bağlı NATO daxilində konsensus yoxdur”. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR