Bank Of Baku

Voronejdə baş verən partlayışda 55 nəfər xəsarət alıb

Voronejdə baş verən partlayışda 55 nəfər xəsarət alıb
# 23 sentyabr 2009 16:04 (UTC +04:00)
Voronej-APA. Voronejdə “Omeqa” pirotexnika anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 55 nəfərə çatıb. APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, xəsarət alanlardan 21 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Xəsarət alanların əksəriyyəti anbarda işləyənlər və ətraf binaların sakinləridir. Yaralılardan iki nəfərin vəziyyəti ağırdır. FHN əməkdaşları partlayışdan sonra anbarda baş verən yanğını söndürə bilməyiblər. Bina tamamilə yanaraq külə dönüb. Qeyd edək ki, 2003-cü ildə “Omeqa” pirotexnika anbarında baş verən partlayış nəticəsində iki nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR