Bank Of Baku

Dağıstanın Xasavyurt rayon administrasiyasının başçısı Moskvada öldürülüb

Dağıstanın Xasavyurt rayon administrasiyasının başçısı Moskvada öldürülüb
# 28 sentyabr 2009 09:58 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 27-də Dağıstan Respublikasının Xasavyurt rayon administrasiyasının başçısı Alimsultan Alxamatov Moskvada qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 20.15-də Novoçeremuşkinsk küçəsində 21 saylı evin qarşısında mühafizəçilərinin müşayiəti ilə avtomobilindən düşən A. Alxamatov avtomat silahlardan atəşə tutulub. A. Alxamatov xəstəxanaya aparılarkən yolda keçinib. Onun mühafizəçilərindən biri də güllə yarası alıb. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin cinayətkarların “Mercedes-350” və “Mitsubishi-Pajero” avtomobilləri ilə olay yerindən qaçdıqlarını deyib. “Mitsubishi” bir qədər sonra hadisə yerinin yaxınlığında tapılıb. Digər avtomobili ilə milis işçiləri saxlayıblar. Sürücü, 1977-ci il təvəllüdlü Dağıstan sakini həbs edilib. Hadisə yerinə baxış keçirilərkən 6 ədəd “Kalaşnikov”, “Kedr” və digər tipli avtomatlar tapılıb.

Dağıstanın özündə də növbəti səsli-küylü qətl törədilib. Bazar günü Kizlyar rayonunun Starıye Miatli yaşayış məntəqəsi ətrafında Dağıstan kriminal milisinin cinayət-axtarış idarəsinin rəisi Alimsoltan Atuyevin avtomobili atəşə tutulub. Nəticədə A. Atuyev və onun yaxın qohumu olan sürücüsü həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR