Bank Of Baku

Moldovada təqaüdçülər küçələrə çıxıb

Moldovada təqaüdçülər küçələrə çıxıb
# 29 sentyabr 2009 17:00 (UTC +04:00)
Bakı – APA. Moldovanın paytaxtı Kişinyovda təqaüdçülər şəhərin mərkəzi küçəsini bağlayıblar. APA-nın xəbərinə görə, aksiyada 1,5 min yaşlı adam iştirak edib.
Ştefan çel Mare bulvarını bağlayan aksiya iştirakçıları nəqliyyatın hərəkətini dayandırıblar. Onlar ölkənin yeni hökumətinin və Kişinyov merinin istefasını tələb edirlər.
Qeyd edək ki, bu il sentyabrın 15-dən Moldova paytaxtında su tarifləri 80%, nəqliyyatda gediş haqqı isə iki dəfə bahalaşıb. Bundan başqa, təqaüdçülərin və əlillərin pulsuz gediş güzəşti də ləğv edilib. Bunun əvəzində onlara aylıq 6,3 dollar kompensasiya veriləcək.
Bu isə təqaüdçüləri qane etmir. Onlar meriyanın qərarı ləğv olunana qədər hər gün aksiya keçirəcəklərini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR