Gürcüstan prezidentinin Şida Kartli regionundakı sabiq səlahiyyətli nümayəndəsi həbs edilib
24 sentyabr 2007 08:06 (UTC +04:00)
Gürcüstan prezidentinin Şida Kartli regionundakı sabiq səlahiyyətli nümayəndəsi Mixail Kareli sentyabrın 23-də səhər ölkəni tərk etmək istəyərkən saxlanılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis şəhər Məhkəməsi onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. M. Kareli haqqında Cinayət Məcəlləsinin 317 və 318-ci (rüşvətxorluq) maddələri ilə cinayət işi qaldırılıb və o, Rustavidəki 6 saylı istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, M. Kareli sabiq müdafiə naziri, hazırda prezidentə qarşı müxalifətdə olan İrakli Okruaşviliyə yaxın şəxslərdən biri kimi tanınır. İ. Okruaşvili siyasi partiya yaradacağını bəyan etdikdən sonra M. Kareli bu partiyada təmsil olunacağını gizlətmirdi. /APA/

MDB
Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
21:06
20 may 2024
Putin müdafiə nazirinin müavinini işdən çıxarıb
18:50
20 may 2024
Paşinyan: Bir çox Ermənistan vətəndaşı övladlarının hərbi xidmətdən yayınması üçün ölkəni tərk edib
18:48
20 may 2024
Ermənistanın Kirants kəndində delimitasiyaya etiraz edən 14 nəfər saxlanılıb - VİDEO - YENİLƏNİB
17:12
20 may 2024