Konstantin Qabaşvili: “İrakli Okruaşvilinin bəyanatları aşağı səviyyəli siyasi mədəniyyətin göstəricisidir”
26 sentyabr 2007 10:42 (UTC +04:00)
Gürcüstan parlamentinin komitə sədri Konstantin Qabaşvili sabiq müdafiə naziri İrakli Okruaşvilinin ifşaedici bəyanatlarını aşağı səviyyəli siyasi mədəniyyətin göstəricisi adlandırıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, K. Qabaşvili jurnalistlərə açıqlamasında İ. Okruaşvilinin ittihamlarını qurama adlandırıb. O bildirib ki, keçmiş nazir çıxışında ölkənin gələcəyini necə təsəvvür etdiyinə dair heç nə deməyib: “O, ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcəyini bildirir ki, ölkə rəhbərliyi qətiyyən bununla razı deyil. Okruaşvili vulqar patriotizm kartını oynayır. Hesab edirəm ki, bu, əhali arasında dəstək qazanmayacaq. Artıq cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsi başqadır”.
Qeyd edək ki, ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili sabiq silahdaşının bəyanatlarına reaksiya verməyib. /APA/
Qeyd edək ki, ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili sabiq silahdaşının bəyanatlarına reaksiya verməyib. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024