İrakli Okruaşvili məhkəmə prosesində iştirak etməyəcək
28 sentyabr 2007 12:52 (UTC +04:00)
Sentyabrın 27-də həbs olunmuş Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili məhkəmə prosesində iştirak etməyəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bəyanatı İ. Okruaşvili ilə görüşdən sonra onun vəkili Eka Beseliya verib. Vəkil müdafiə etdiyi şəxsin gümrah və yüksək əhval-ruhiyyədə olduğunu deyib: “İrakli baş verənləri mərdliklə qarşılayıb. O, məhkəməyə inanmadığını, cəmiyyətin fəallığına və dəstəyinə ümid etdiyini söylədi”. E. Beseliya İ. Okruaşvilinin təhlükəsizliyinə təminat olmadığını da bəyan edib: “Bu hökumətdən hər şey gözləmək olar”.
Gürcüstan ombudsmanı Xalq Müdafiəçisinin müavini Sofiya Xorquani isə həm sabiq nazirini həbsi, həm də hadisə zamanı “İmedi” telekanalının çəkiliş qrupunun kamerasının alınması faktını araşdırdıqlarını açıqlayıb. /APA/

MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024