Bank Of Baku

Gürcüstan müxalifəti “Prezidentsiz Gürcüstan” adlı hərəkata başlayır

Gürcüstan müxalifəti “Prezidentsiz Gürcüstan” adlı hərəkata başlayır
# 02 oktyabr 2007 15:23 (UTC +04:00)
Bu gün Gürcüstanın birləşmiş müxalifəti özünün fəaliyyət proqramının təqdimatını keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, İrakli Okruaşvilinin yaratdığı Vahid Gürcüstan Uğrunda Hərəkatın nümayəndəsi Koka Qunsadze bildirib ki, müxalifət sabahdan etibarən “Prezidentsiz Gürcüstan” adlı hərəkata başlayacaq: ”Bu hərəkat bütün Gürcüstanı əhatə edəcək və xalqı hakimiyyətin əleyhinə çıxmağa səsləyəcək”. K. Qunsadze deyib ki, onlar bütün ölkəni dolaşdıqdan sonra noyabrın 2-də parlamentin binası qarşısında kütləvi aksiya keçirəcəklər. Müxalifət həmin aksiyanın çox geniş miqyaslı olacağına və müvafiq nəticə verəcəyinə inanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR